Deputatlar səs-küy saldılar, spiker irad tutdu…

Spiker Oqtay Əsədov Milli Məclisdə iclas zamanı deputatlara irad tutub.

Etikxeber.az-ın xəbərinə görə, irada səbəb parlamentin payız sessiyasının sonuncu plenar iclasında qanun layihələrinin səsverməsi zamanı bəzi millət vəkillərinin yerdən danışması, səs-küy yaratması olub.

Bunu görən spiker isə belə deyib:

“Deyəsən, iclas başlamamış yorulmuşuq. Xahiş edirəm, səs salmayın, səsvermə gedir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentin 2018-ci ildə son iclasıdır – BU GÜN

Read Next

“Ələt” 75 qanunu dəyişdirdi… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir