Deputatlar Şah İsmayıl, Babək, Koroğlu…ilə bağlı müzakirələrə kəskin etiraz etdilər…

“Bunlar xarici kəşfiyyatların siyasi təxribatlarıdır”

Milli Məclisin (MM) qarşıdan gələn 2017-c il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 18-də keçirilən iclasında bir sıra tarixi şəxsiyyətlərin “Azərbaycan kimliyinə aid olmaması” məsələsi ilə bağlı mətbuatda gedən müzakirələrə toxunulub.

Etikxeber.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Aqil Abbas deyib ki, son zamanlar Azərbaycanda ziyalılar, elm adamları Şah İsmayılı, Qacarı, Əfşarı, Babəki də farslaşdırmağa başlayıblar:

“Deyirlər ki, bunların Azərbaycan xalqına dəxli yoxdur. Özümüz öz əlimizlə bunları xaricə veririk. Onlar da buna sahib çıxırlar. Əgər biz Şah İsamyılımıza sahib çıxa bilmiriksə, onlar ona sahib çıxacaqlar. Müəyyən qruplar var ki, bu məsələ üzərində özəl olaraq işləyirlər”.

Komitə sədri, akademik  Rafael Hüseynov isə  qeyd edib ki, son 10-15 ildir ki, bu tarixi şəxsiyyətlər haqqında mətbuatda təhqiramiz ifadələr yer alır:

“Həmin şəxslər xarici kəşfiyyatlara işləyirlər. Belə insanlara şər atmaqla millətdə ruh düşkünlüyü yaratmaq istəyirlər. Məqsəd budur. Demək istəyirlər ki, sənin millətinin nümayəndələri budur. Bununla da millətə mənəvi zərbə vururlar. Sən yoxsan, söykəndiyin dayaqlar bunlardır. Bunlar xarici kəşfiyyatların siyasi təxribatlarıdır. Qarşısı mütləq alınmalıdır.

Yaxın günlərdə media rəhbərlərinin iştirakı ilə keçirəcəyimiz müşavirədə də bu məsələni müzakirə edəcəyik. Bildirəcəyik ki, millətin şəxsiyyətlərinin əlyehinə olan məqamlar mediada yer almasın. Mediada insanları bir-birinə qarşı qoymaq da düzgün deyil. Sosial şəbəkələrdə də bu kimi müzkairələr aparılır. Təhqirlər davam edir. Bunun qarşısının necə ala bilməyin yolları barədə də fikir mübadiləsi aparacağıq”.

Etikxeber.az

 

Read Previous

“Əgər 50 faiz şagird azaldılırsa, deməli, o zaman 50 faiz müəllim də getdi işinin dalınca” – DEPUTAT

Read Next

Nazirlər Kabinetinin qərarında paradoksallıq var – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir