Deputatlar yay tətilindən dönəcəklər-GƏLƏN HƏFTƏ…

6-cı çağırış parlamentin üzvləri-millət vəkilləri gələn həftə-sentyabrın 1-də yay tətilini baş vuraraq, Milli Məclisdə (MM) işlərinin başına dönəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, sentyabrın 10-dan sonra, təxminən 15-30 arası isə parlamentin qarşıdan gələn 2020-ci il payız sessiyası ilə bağlı MM-in komitə iclaslarına start veriləcək.

Komitə iclaslarında hər bir komitənin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatları, payız sessiyası ilə əlaqədar qanunvericlik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

Payız sessiyası isə öz işinə oktyabrın 1-də dövlət himninin səslənməsi və oxunması ilə strat verəcək.

Adətən bütün dünyada büdcə sessiyası kimi tanınan payız sessiyasında yenə də əsasən büdcə müzakirələri üstünlük təşkil edəcək.

Büdcə müzakirələrinə hökumət üzvlərinin iştirakı ilə oktyabrın sonları, noyabrın əvvəllərində əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda başlanılacaq.

Müzakirələrin sonunda büdcə zərfinə daxil olan qanun layihələri səsverməyə çıxarılaraq, qəbul ediləcək və imzalanması üçün dövlət başçısına göndəriləcək.

Payız sessiyasında həmçinin, “Ali təhsil haqqında”, “Təhsil kreditləri haqqında”, “Qida təhlükəsizliy haqqında” və sair yeni qanun layihələrinin ən azı komitələr səviyyəsində müzakirələri, icbari tibbi sığorta, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericiliyin icra vəziyyəti və digər məsələlərlə bağlı ictimai dinləmələrin təşkili, bəzi komitələrin, o cümlədən, Hesablayıcı komissiyanın (sədri mərhum Fəttah Heydərov idi) tərkibində dəyişikliklərin edilməsi gözlənilir, ehtimal edilir.

Payız sessiyasına dekabrın 29-u və ya 30-da yekun vurulacaq.

Etikxeber.az

Read Previous

142 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“Abel Məhərrəmovun düşdüyü durum Həsənqulu bəyin monoloquna daha çox oxşayır: O, Məşədi İbadı göyə qaldırıb- endirir, gah yaltaqlıq edir, gah riyakarlıq…İspan şərabından meyxoş olan Abel müəllim Ramiz Mehdiyevin “xarüqalərindən” danışır…”-SABİQ İCRA BAŞÇISI VƏ KEÇMİŞ MİLLƏT VƏKİLİNDƏN SƏRT SÖZLƏR VƏ İTTİHAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir