Deputatlardan daha kimlər-VƏZİFƏSİNDƏN GEDƏ BİLƏR? – HİCRAN HÜSEYNOVA, CEYHUN MƏMMƏDOV, ƏMİNƏ AĞAZADƏ…

Xəbər verildiyi kimi, deputat seçilmələri ilə əlaqədar dövlət (icra) strukturlarında yüksək vəzifə tutan bir bir neçə millət vəkili öz postundan getməli olub.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Dölət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri və sədrin müşaviri Fatma Yıldırım, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova və sabiq (4-çağırışın üzvü) deputat Hacı Qalibin oğlu, Sabuncu rayon İcra Hakimiyyətinin şöbə müdiri Əliabbas Salahzadədir.

Qeyd edək ki, onlar ilk dəfədir mandat əldə ediblər.

Eyni zamanda, hər üçü hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və parlamentdəki təmsilçiləridir.

Bəs görəsən, mandat qazanan və dövlət-hökumət strukturlarında yüksək vəzifədə çalışan millət vəkillərindən daha kimlər vəzifələrini itirə bilər?

Bu sırada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədovun, o cümlədən, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Kamal Cəfərovun, Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin böyük prokuroru Əminə Ağazadənin, Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar Məmmədovun və başqa bir neçə millət vəkilinin adları çəkilir.

Xatırladaq ki, Ə.Ağazadə istisna olmaqla, digər millət vəkilləri YAP-ın palamentdəki təmsilçiləridir.

Pirallahı rayonunun prokuroru İbrahim Ləmbəranskinin həyat yoldaşı Ə. Ağzadə parlamentdə müstəqillərin təmsilçilərindən biridir.

Onu da qeyd edək ki, YAP parlamentdə 70, müstəqillər isə 39 deputat yeri qazanıb.

Etikxeber.az

Read Previous

“Təəssüflər olsun ki, erkən nikah problemi hələ də qalmaqdadır” – DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ

Read Next

Mehriban Əliyevadan-AZƏRBAYCAN QADINLARINA TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir