Deputatları “məhşər ayağına” çəkəcək ETİK DAVRANIŞ KODEKSİ GƏLİR…

Azərbaycanda  deputatların etik davranışı ilə bağlı yeni qanun layihəsi  yaxın günlərdə müzakirəyə çıxarılacaq.
 
Milli Məclisdən Etikxeber.az-a verilən məlumata görə, hazırda qanun layihəsi üzərində İşçi Qrpunun işi yekunlaşmaq üzərədir.
ali-huseynli-1
vusal
Qeyd edək ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanır və  sənədin əsas müəllifləri adıçəkilən komitənin sədri Əli Hüseynli və komitə  üzvü Vüsal  Hüseynovdur.
Məlumata görə, qanun layihəsi üzərində iş gələn həftə bitəcək və ondan sonra  komitənin müzakirəsinə çıxarılacaq.
Komitədə müzakirə olunduqdan sonra isə  yaz sessiyası müddətində birinci oxunuşa təqdim olunacaq.
Qanun layihəsinin müzakirəsi 2016-cı ilin payız sessiyasının gündəliyinə daxil edil sə də, layihə üzərində işlər yekunlaşmadığından 2017-ci ilin yaz sessiyasının gündəliyinə salınıb.
 Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Deputatların fəaliyyətinə nəzarət edəcək  bu qanun layihəsi  2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya uyğun hazırlanır.
Referendumda Konstitutsuya edilən dəyişikliklərdən biri də  deputatların etik davranış qaydaları ilə bağlı olub.
Konstitusiyaya edilən dəyişiklikdən sonra deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda onun mandatdan məhrum edilməsi nəzərdə tutulur.
Deputatların etik davranış qaydalarıı tənzimləyəcək yeni qanun layihəsində millət vəkillərinin fəaliyyətinə xitam verilməsi mexanizmi də öz əksini tapıb.
Yəni, hansı hallarda  deputatların fəaliyyətinə xitam verilə bilər, onları  hansı digər cəzalar gözləyir və sairə.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.
Etikxeber.az
 

Read Previous

MİLLƏT VƏKİLİ: “Təbrizin qəhrəmanlıq yolu gənclərimiz üçün örnəkdir…” – FOTOLAR

Read Next

“Sovetski”dəki yolun yenidən qurulması yekunlaşdı- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir