Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkillərinin, Ombudsmanın, Konstitusiya Məhkəməsi üzlərinin və hakimlərin əmək haqları 10 faiz artırılır.
Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı parlamentin bugünkü plenar iclasında 4 qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və artıq qanun layihələri də iclasın gündəliyinə daxil edilib.
Qeyd edək ki, dəyişiklik nəzərdə tutulan qanunlar bunlardır: “Deputatın statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Omdudsman haqqında”.
Onu da qeyd edək ki, qanun layihələri parlamentə ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olub.
***
Ombudsmanın maaşı 2025-dən 2230-a qaldırılır.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az