Deputatların sayı 125-dən 122-yə düşdü…

Milli Məclis üzvlərinin sayı azaldı.

Etikxeber.az-ın xəbərinə görə, ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.

Bu səbəbdən  yaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini,  o cümlədən, Mübariz Qurbanlı  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputatlıq fəaliyyətlərinə xitam verilmişdi.

Qeyd edək ki, R. Rzayevin  Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı 125-dən 122-yə enmiş olacaq.

Bu yerdə qeyd edək ki, 5-cı çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.

Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, M. Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisinin  böyük bir hissəsi erməni işğalında olan Cəbrayıl rayonunu, R. Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Millət vəkili və Bakının eks prokurorunun oğlu “Qaçqınkom”un sədri oldu

Read Next

İkinci dəfə vitse-premyer olan Abutalıbov, yerləri boş qalan Abbasov və Əfəndiyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir