Deputatlığa namizəd doğum gününü-71 İL ÖNCƏ AİLƏ HƏYATI QURAN ƏN YAŞLI SEÇİCİLƏRİNİN OCAĞINDA QEYD ETDİ – FOTOLAR

Doğum günümü Günəşli kəndində, Biləsuvarın ən qiymətli və ən nümunəvi, ən dövlətçi ailələrindən biri, ömür yolları ilə gəncliyə, ailə dəyərlərimizin yaşadılmasına böyük örnək olan Gəncəli Mirzəyevin ocağında qeyd etdik.

Etikxeber.az xəbər verir ki, bu barədə yenidən deputatlığa namizəd Bəhruz Məhərrəmov öz “Facebook” sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Gəncəli kişinin 98, Nərgiz ananın isə 92 yaşı var. 71 il öncə, 1953-cü ildə ailə həyatı qurublar, 10 övlad, 30 nəvə, 29 nəticə, 2 kötücələri var. Mənim üçün önəmli gündə halal süfrələrini açdıqları üçün Mirzəyevlərə, o cümlədən gün ərzində təbrikləri ilə məni sevindirən hər kəsə, ələxsus seçicilərimə təşəkkür edirəm”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, 6-cı çağırış Milli Məclisin (MM) üzvü və ən aktiv, mediaya açıq millət vəkillərindən biri olan Bəhruz Məhərrəmovun 41 yaşı tamam olur.

İki övlad atası olan Bəhruz Məhərrəmov 1983-cü ilin 22 avqust tarixində anadan olub.

Biz də öz növbəmizdə Etikxeber.az olaraq, doğum günü münasibəti ilə Bəhruz Məhərrəmovu təbrik edir, ona növbəti uğurlar arzulayırıq.

Etikxeber.az

Read Previous

Cənnətdəki dördüncü doğum günündə, 30 yaşının tamamında-ŞƏHİD MƏHƏMMƏD MƏMMƏDLİNİN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Deputatlığa namizəd Şəhidlər Xatirə Kompleksini ziyarət etdi-SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir