Deputatlığa namizəd Şəhid Qərib Baxşəliyevin ailəsi və yaşadığı binanın sakinləri ilə-BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsi və yaşadığı binanın sakinləri ilə görüşdük.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd Zahid Oruc öz rəsmi “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.

“Allah bütün şəhidlərimizə rəhmət etsin!”-deyə, o, sonra qeyd edib.

***

“Xətai S.Ə, Şirvani küç. 3 ünvanında yerləşən Protez-Ortopedik istehsalat və Reabilitasiya Mərkəzinin akt zalında 1 sentyabr Azərbaycan respublikası Milli Məclisin üzvülüyünə namizəd Zahid Orucun ictimai vəkilləri bir qrup yerli sakinlərlə görüş keçirdilər. 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Dairə Seçki Komissiyası tərəfindən rəsmən müəyyən olunan S.Ə, Şirvani küç. 3 ünvanında yerləşən Protez-Ortopedik istehsalat və Reabilitasiya Mərkəzinin axt zalında 100-dən çox sakinin iştirakı ilə 2 saatdan çox davam görüş keçirildi. Əvvəlcə elmlər doktoru Əfqan Vəliyev və siyasi şərhçi, politoloq İlyaz Hüseynov təmsil etdikləri namizədin keçdiyi həyat və siyasi yoldan ətraflı bəhs etdilər, qalib dövlət kimi zəfər marafonunu səngərlərdən siyasi-iqtisadi və sosial sahələrə daşımağın vacibliyinə xüsusi vurğu edərək, qalib dövlətin seçki ilə yenidən formalaşacaq Milli Məclisin üzərinə düşən məsuliyyətdən, xalqın tələb və gözləntilərindən danışdılar”.

Bu barədə isə Zahid Orucun Seçki Qərargahından məlumat verilib.

Daha sonra qeyd olunub:

“Nümayəndələr daha sonra Qarabağ və Qərbi Azərbaycandan olan köçkünün çətin şəraitdə yaşadığı Bərdə bölgəsində humanitar və sosial qayğılarının həllində dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işlərdən bəhs etdilər, qarşıdakı dövrdə Xətai rayonunun uğulu inkkişafı üçün namizdənin malik olduğu platformadan ətraflı bəhs etdilər. Dialoq və qarşılıqlı ünsiyyət şəraitində keçən görüşdə çıxış edən müəllimə Zənurə Eyvazova Zahid Orucun fəal parlament üzvü kimi uğurlu işlərində danışdı və onun Xətaidən namizəd olmasının onlar üçün sevindirici bir hal olduğunu ifadə etdi.

Çıxış edənlər Zahid Orucun Azərbaycan siyasi-ictimai həyatında xidmətlərini və parlament üzvü kimi fəaliyyətlərini çox yüksək qiymətləndiriblər. Ona inam və ehtiramlarının sonsuz olduğunu vurğulayıblar. Çıxış edən digər natiqlər-Vüsalə Feyzullayeva, Sevinc Tağıyev, Güldanə Əlizadə, Tamara Xuduyeva, Rumiyyə Şıxcanova, Mübariz Quluyev, İmamquluyeva Anaqız, Rima Sadulova, Azər Qurbanov, Bayram Kazımov, Sevil Bayramova, Gülzar İsmayılova, Mehriban Uslatova, Ramiz Vəliyev da müxtəlif ictimai və fərdi probelmlərini dilə gətirdilər.

Problemlərin hər biri Seçki Qərargahı tərəfindən qeydə alınırdı və hər biri üzrə müvafiq tədbirlərdən sonra vətəndaşlara cavabların veriləcəyi xüsusi vurğulandı.Görüşün sonunda Zahid Orucun nümayəndələri seçicilərə səmimi söhbət və istiqanlı münasibət üçün dərin təşəkkürləri bildirirdilər”.

Etikxeber.az

Read Previous

İTV-ni 3 min manat-CƏRİMƏLƏNDİ…

Read Next

Musa Quliyevin seçicilərlə görüşləri-NECƏ KEÇİR? – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir