Deputatlığa namizəd Şəhidin mövluduna qatıldı-MÜBARİZ İBRAHİMOVUN AİLƏSİNDƏN XEYİR-DUA ALDI… – FOTOLAR

Şəhidimiz Kəlbiyev Əkrəm Faiq oğlunun doğum günü münasibətilə onun ailəsini ziyarət edərək başsağlığı diləklərimizi çatdırdıq.

Etikxeber.az xəbər verir ki, bunu yenidən deputatlığa namizəd Bəhruz Məhərrəmov öz “Facebook” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

“Qeyd edək ki, Əkrəm (1993) Aşağı Cürəli kəndində doğulmuş, 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş və Müzəffər Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.Allah rəhmət eləsin! Unutmadıq, unutmarıq!”-deyə, o, sonra qeyd edib.

B. Məhərrəmov növbəti paylaşımında isə bunları yazıb:

“Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası, Biləsuvarın və bütövlükdə ölkəmizin dəyərli ağsaqqallarından olan Hacı Ağakərim İbrahimovu ziyarət edib xeyir-duasını aldıq”.

Etikxeber.az

Read Previous

Sahibə Qafarovanın deputatlığa namizəd kimi-SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ DAVAM EDİR – FOTOLAR – YENİLƏNİB

Read Next

“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur…”-MUSA QULİYEVİN SEÇİCİLƏRLƏ DAHA BİR GÖRÜŞÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir