Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
1 sentyabrda ölkəmizdə keçiriləcək Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsinə daxil olan Kürdəmir rayonunun daha altıkəndində – Qocalı, Beyi, Xəlsə, Pirəköcə, Axtaçı və Axtaçı-Qarabucaq kəndlərinin ərazisində iki görüş keçirdik.
Etikxeber.az xəbər verir ki, bu barədə adıçəkilən Seçki Dairəsidən deputatlığa namizəd Jalə Əliyeva qeyd edib.
Bildirib ki, görüşlərdə iki yüzdən çox seçici iştirak edib.
“Bütün kəndlərdə olduğu kimi, görüşümüzü Şəhidlər Xatirə Kompleksini ziyarət və torpaqlarımızın bütünlüyü, ölkəmizin suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başladıq. Sonra çox səmimi bir ortamda görüşümüzü davam etdirdik. Kənd sakinləri qarşısında çıxış edərək, deputat seçiləcəyimiz təqdirdə həyata keçirmək niyyətində olduğumuz məsələlər, məqsəd və məramımız, qarşıya qoyduğumuz hədəflər və perspektivlər haqqında danışdıq, fikir mübadiləsi apardıq.
Görüşdə iştirak edənlər, bizi diqqətlə dinlədikdən sonra, seçkidə başqa namizədlərinin olmadığını, artıq seçim etdiklərini və etimad göstərdikləri namizədin Jalə Əliyeva olduğunu ifadə etdilər. Bütün Kürdəmirli seçicilərimə, göstərdikləri qonaqpərvərlik, həssaslıq və mehribanlığa görə təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.



Etikxeber.az





