Deputatlığa namizəd udin icması ilə görüşdü – FOTOLAR

Bu gün seçki qərargahımızda Oğuzda yaşayan udin icması ilə görüşdük. Udinlər Oğuzda sayca çox deyillər. Hardasa 15-20 ailə olar. Çox maraqlı diskussiya şəraitində bir görüş oldu. Xüsusilə icmanın rəhbəri Svetlana Ağababayevaın söhbətlərini maraqla dinlədim.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı deyib.

“Azərbaycanda tolerantlıqdan, multukultural dəyərlərdən danışdıq, dövlətin bu sahədə apardığı siyasəti, ölkənin birinci xanımının bu məsələdə üzərinə götürdüyü geniş missiyanı qeyd etdik. Udin icmasının üzvləri bir məsələdə narahatlığını qeyd etdilər: Bu ailələrə seçki ilə bağlı bildirişlər təqdim olunmayıb. Niyəsi əlbəttə bizim verəcəyimiz cavab deyil. Amma tövsiyyə etdik ki, seçki günü məntəqəyə getsinlər, şəxsiyyət vəsiqəsini təqdim edib səsverməyə qatılsınlar. Hər halda, elimin -obamın bu vətəndaşlarından da ciddi dəstək gördüm. Sağ olun, gözəl insanlar. Seçilsəm, hər birinizin deputatı yox, həm də əzizi olağam”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bu dəfə ağsaqqallar Kamilə Əliyevaya-XEYİR-DUA VERDİLƏR – FOTOLAR

Read Next

MSK-dan “sükut günü” ilə bağlı namizədlərə-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir