Deputatlığa namizəddən-YAP-A İTTİHAM

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev seçki prosesinə müdaxilə edir, digər namizədlərin görüşlərində iştirak edən şəxslərə təzyiq göstərir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Unikal.org-a 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən bitərəf olaraq seçkilərə qatılmış deputatlığa namizəd Faiq Kərimov məlumat verib.

F. Kərimov bildirib ki, onun görüşlərində iştirak edən seçicilər YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev tərəfindən çağırılaraq təzyiq göstərilir:

“Belə ki, onlara mənim görüşlərimdə iştirak etməməklə bağlı xəbərdarlıq edilir və həmin şəxslər işlərini itirməklə hədələnir”.


Xatırladaq ki, Prezident İlham Əliyev ölkədə keçirilən seçkilərə məmurların və digər şəxslərin müdaxiləsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib və qanunsuz hərəkətlərə yol veriənlərin ciddi şəkildə cəzalandırılacağını deyib.

Etikxeber.az

Read Previous

“Seçicilər etimad göstərərsə, yenidən millət vəkili seçilərəmsə…” – HADİ RƏCƏBLİ – FOTOLAR

Read Next

Pərvin Kərimzadə seçicilərə hansı-ÇAĞIRIŞI ETDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir