Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ictimai-siyasi xadim, akademik, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” odenli, üç tanınmış övlad atası Ziyad Əliabbas oğlu Səmədzadənin parlament seçkiləri ilə bağlı seçki kampaniyası uğurla davam edir.
Bu günə kimi deputatlığa namizədin seçicilərlə üç böyük görüşü keçirilib ki, bu görüşlərdə də ümumilikdə 550-dən çox Səbail sakini, o cümlədən tanınmış ziyalılar, elm xadimləri, söz adamları iştirak edib.
Eyni zamanda, deputatlığa namizədin adıçəkilən Seçki Dairəsinə daxil olan məhəllələrdə sakinlərlə, ağsaqqallarla görüşləri başlayıb.
Belə görüşlərdən biri də məşhur “Kubinka” məhəlləsində baş tutub və görüşdə xeyli sayda ağsaqqal iştirak edib.
Bununla yanaşı, hər gün deputatlığa namizədin Seçki Qərargahı Ziyad Səmədzadə ilə görüşməyə gələn insanlarla dolub-daşır.
Hər gün xeyli sayda seçici, Səbail və Nəsimi rayon sakinləri, tanınmış ziyalılar Seçki Qərargahına gəlir, Ziyad Səmədzadə ilə görüşür, deputatlığa namizədə seçkilərdə uğurlar arzulayır, xeyir-dua verirlər.
Hətta küçədə də insanlar Ziyad Səmədzadə ilə səmimi şəkildə görüşür, ona ehtiramlarını ifadə edirlər.
Həmin görüşlərin bəzilərindən çəkilən (çəkdiyim) fotoları təqdim edirəm:

















Kamil HƏMZƏOĞLU
Etikxeber.az





