Deputatlığa namizədlər həm də narkoloji yoxlanış testindən keçəcək

Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər.

Etikxeber.az-ın APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.

MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır. “Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə “Gürcü Arzusu”ndan   67, “Vahid Milli Hərəkat” partiyasından 27 və “Gürcüstan Vətənpərvərlər İttifaqı”ndan 6  namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq” – deyə, MSK-dan bildirilib.

Etikxeber.az

Read Previous

“Qarabağ” “Sumqayıt”a böyük hesabla qalib gəldi

Read Next

“Sizlərin duası sayəsində özümü yaxşı hiss edirəm” – AYBƏNİZ HAŞIMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir