Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
113 saylı Şəki şəhər Seçki Dairəsindən deputat Vüqar İskəndərovun seçicilərlə növbəti görüşü keçirilib.
Etikxeber.az xəbər verir ki, Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə seçicilər müxtəlif mövzulu müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Səsləndirilən müraciətlər əsasən, kommunal, hərbi xidmət, sosial, təmir-tikinti və s. məsələlərlə bağlı olub.
Deputata ünvanlanmış bəzi müraciətlər yerində həll olunub, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib.
Görüş zamanı deputat koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən görülən tədbirlər barədə də seçicilərə məlumat verib, hər bir seçicini ölkəmizin və dünyanın sağlamlığı naminə Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələb və qadağalara əməl etməyə çağırıb.
Qeyd edək ki, deputatın seçicilərlə görüşü mütəmadi olaraq keçiriləcək.


Etikxeber.az