Devid Kameron NATO-nun növbəti baş katibi ola bilər

Avstriyanın gündəlik “Kurier” qəzetinin yaydığı məlumata əsasən, Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kameron gələn il NATO-nun növbəti Baş katibi ola bilər. O, hazırda bu vəzifəni tutan norveçli sosial-demokrat Yens Stoltenberqi əvəz etməlidir.

Etikxeber.az xaricə KİV-ə istinadən xəbər verir ki, hərbi dairələrdən  sızan məlumata əsasən, bu vəzifəyə D. Kameronun namizədliyinin irəli sürülməsi ilk növbədə ABŞ rəhbərliyinin razılığı ilə baş tutub. Çünki Böyük Britaniya öz arsenalında nüvə silahlarına malik güclü orduya sahibdir və ABŞ-ın tələbinə əsasən ümumi daxili məhsulun iki faizi həcmində xərcləri müdafiə məqsədləri üçün sərf edir.

Böyük Britaniyanın Baş naziri Tereza Mey hərbi alyansın rəhbəri vəzifəsinə öz həmyerlisinin gətirilməsi barədə qərar qəbul edərsə və namizədliyi dəstəkləyərsə, o zaman Devid Kameronun Baş katib vəzifəsinə seçilmək üçün böyük şanslara sahib olacağı bildirilir.

Etikxeber.az

Read Previous

“Onun üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb…” – İSESKO-nun baş direktoru

Read Next

“Süleyman şəhidlik zirvəsinə ucaldı, cənnətə qovuşdu…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir