“Deyə bilməzsən ki, filan görkəmdə, filan gözəllikdə, çəkidə adamı seç” – MUSA QULİYEV

Musa QULİYEV: Yaşlıdır, amma əqli, intellektual, fiziki potensialı qorunub, saxlanılıb və seçicilərin etimadını doğruldubsa, niyə bunu seçməsinlər?!

Deputatlıq seçkili bir vəzifədir, millət vəkilini vətəndaş seçir. Vətəndaşa deyə bilməzsən ki, filan yaşında adam seç, filan görkəmdə adam seç, filan gözəllikdə adam seç, filan çəkidə adam seç, filan istedadadı olan  adam seç. Bunu kimsəyə deyə bilməzsən və bütün dünyada da deputatlara heç bir yaş senzi söhbəti yoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Musa Quliyev deyib.

Millət vəkili eyni zamanda deyib ki, deputatlıqla bağlı, sadəcə, aşağı yaş hədd var:

“Yəni, yetkinlik, gənçlik yaşındadırsa, 18 yaşdan aşağı deyilsə, bu insan seçilə bilər. Ondan başqa yaş senzi yoxdur.

Eyni zamanda, elə adam var ki, sağlamlıq imkanları məhduddur, amma bu, o, demək deyil ki, bunu deputat seçməyəcəklər. Məsələn, qardaş, dost Türkiyənin parlamentində belə millət vəkillərinə rast gəlmək olar.  Həmçinin, elə adam var ki, yaşca cavandır, amma kifayət qədər həyat təcrübəsi, savadı, biliyi var, bu, o, demək deyil ki, yaşı cavan olduğuna görə bunu seçməyəcəklər.

Yaxud da, elə adam var ki, yaşlıdır, amma əqli, intellektual, fiziki potensialı qorunub, saxlanılıb və seçicilərin etimadını doğruldubsa, niyə bunu seçməsinlər?!

Yəni, “yaşlı deputat” söhbətinin ortaya atılması da subyektiv və bir qədər də qeyri-xoş, qeyri-sağlam bir münasibətdir. Xüsusi qruplar var ki, onlar idarə olunur, onlar Azəbaycanda dövlətçiliyi sarsıtmaq, dövlət qurumlarına inamı azaltmaq üçün belə şeyləri ortaya atırlar.

Demək istəyirəm ki, sistemli şəkildə bununla məşğul olan qruplar var və Azərbaycana düşmən qüvvələr, erməni diasporunun, ermənipərəst qüvvələrin maliyyəsi hesabına maliyyələşirlər. Yaxşı olar ki, bizim təhlükəsizlik orqanları zaman-zaman bunlar haqqında açıqlama verərdi və cəmiyyət də bilərdi…”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

Read Previous

Gimnastımız Ümumdünya Yay Universiadasında ölkəmizin aktivinə ilk qızıl medalı yazdırdı – FOTO

Read Next

“Maddi-mənəvi irsimizə yiyələnmək istəyənlər bir daha cavablarını aldılar” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir