Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki beşinci doğum günü, 24 yaşının tamam olması ilə bağlı bu gün-31 oktyabr 2025-ci il tarixində, səhər saatlarında Bakılı, Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidi Tahir Sərdar oğlu Qasımzadənin Bakıxanov Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı ziyarətdə anası Ruziyə xanım, Şəhid ailələri, Qazilər, Suraxanı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsul şəxsləri, müəllim və şagirdlər, din xadimləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, 31 oktyabr 2001-ci il doğumlu, ailənin iki oğlan övladından biri və subay olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin 29 sentyabr tarixində və cəmi 19 yaşında qəhrəmancasına Şəhid olan üç medallı Tahir Qasımzadənin ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib, Şəhidin 19 illik qısa, lakin şərəfli ömür, döyüş yolundan, Vətənpərvərliyindən bəhs olunub.
“Tahir məktəbdə oxuyan zaman tədbirlərdə hər zaman əlində bayraq tutardı və deyərdi ki, Qarabağı biz alacağıq, biz geri qaytaracağıq… Dediyi kimi də oldu, dediyi kimi də etdi… Qarabağı Tahir kimi Oğullar düşməndən azad etdi…”-deyə, çıxışlarda qeyd edilib.
Ailəsinə-anası Ruziyə xanıma Allahdan səbr və dözüm arzulanıb.
Ziyarət zamanı həmçinin, təhsil aldığı 317 saylı orta məktəbin şagirdləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





