Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı və bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. İndi baxıram ki, 7 jurnalistimiz “Facebook”dan məsaj qutuma məsaj göndərərək 12 yaşlı qıza qarşı əxlaqsızlıq etməkdə təqsirləndirilən direktorla bağlı məsələyə dair suallarına cavab olaraq fikirimi bildirməyi xahiş edirlər. Açdım xəbərləri oxudum və şoka düşdüm”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.
“Nə yazım heç özüm də bilmirəm. Sadəcə, şokdayam. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik.
Ümumiyyətlə, təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insanlara dərs olmalıdır.
Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır.
Övladalrımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır.
Nə deyim vallah, özüm də bilmirəm. Hələ də xəbərin təsirindən özümə gələ bilməmişəm.
Deyəsən 21-ci əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq”-deyə, millət vəkili sonra yazıb.
Etikxeber.az





