“Deyə bilmirlər ki, müsəlmansan, inkişaf edə bilməzsən…” – BİRİNCİ VİTSE-SPİKER

Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə Avroviziya Mahnı yarışması keçiriləndə, 2015-cil də Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyalar aparılıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

“İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır”- deyən, Z. Əsgərovun sözlərinə görə, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur:

“Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar.

Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq.

Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur…

Bunlar açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər bir kəs çəkici bir yerə vurmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli olur? ” – SİYAVUŞ NOVRUZOV

Read Next

“Bunu hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər?” – MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir