Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu da sentyabrın 12-dən 13-nə keçən gecə sərhədlərimizə növbəti erməni təxribatı zamanı antihücum əməliyyatlarında qəhrəmancasına həlak olaraq ŞƏHİDLİYƏ yüksələn gizir Rüstəmov Fərid Nofəl oğlunun 3 yaşlı körpə balası Zəhra…
Deyirəm: Atan kimdir?
Deyirəm: Atan kimdir?
Deyir: QƏHRƏMAN!…
Sözün bitdiyi yer…
***
Ordumuzun 13 sentyabr tarixli növbəti erməni təxribatına qarşı həyata keçirtdiyi antihücum əməliyyatı zamanı yaralanmış Zeynal Cəbrayılovu yaşadığı Şıxbağı kəndində Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Əhmədov ilə birlikdə ziyarət etdik.
Zeynal tezliklə sağlamlığına qovuşaraq ordudakı xidmətinə dönmək istəyir.
Özü də, ailəsi də o qədər saf, o qədər xoş niyyətli, o qədər təvazökar, o qədər məğrurdurlar ki!
Qazimizin evindən bir könül rahatlığıyla ayrılırıq.
Dualarımız sizinlədir, Azərbaycan Əsgəri!
Allah yolunuzu açıq etsin!
Tanrı bütün igid oğullarımızı qorusun!
Amin!
***
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az