“Deyirik ki, gəlin Azərbaycan ərazisində muxtariyyət yaradaq…” – BİRİNCİ VİTSE-SPİKER

Azəbaycan Dağlıq Qarabağın statusu məsələsində beynəlxalq hüquqdan çıxış edir.

Etikxeber.az məlumat verir ki, bunu Mili Məclisin (MM) sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, ermənilər bir dəfə müqəddəratlarını həll ediblər:

“Biz ermənilərə deyirik ki, biz Dağlıq Qarabağa muxtar status verə bilərik. Ermənitan deyir ki, Helsinki prinspinə istinad edirsiniz.

Helsinki prinsiplərində ərazi bütbövlüyü birinci,  öz müqəddəratını həll etmək ikinci yerdə gəlir.

Deyirik ki, gəlin Azərbaycan ərazisində muxtariyyat yaradaq.

Baxmayaraq ki, bir dəfə Azərbaycan torpaqlaında qondarma Ermənistan yaradılıb, ikinci dəfə Dağlıq Qarabağ muxtariyyat verə bilərik”.

O,  nəzərə çatdırıb ki, Azərbaycan müstəqil syiasət yürüdür:

“Azərbaycan onunla müstəqil dövlət kimi davranılmasını istəyir. Ona görə də Azərbaycanı istəmirlər. Ermənistan iqtisadiyyatı zəif, qondarma dövlətdir, hər şeylə razılaşır. Ona görə də Azərbaycanın yolu inkşaf olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ermənilərin 3 “arqumenti”, Azərbaycanın 3 tutarlı cavabı – ZİYAFƏT ƏSGƏROV AÇIQLADI

Read Next

“Bu,əxlaqsızlıqdır…” – ZİYAFƏT ƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir