“Deyirlər ki, ölsə də, məhkəmədə ölməlidir…” – Covdarov vəkillərindən imtina etdi

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib: “Vəsatətlərimiz təmin olunmursa, səhhətim nəzərə alınmırsa, mənə vəkil lazım deyil. Çünki sonu bəllidir”.

Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib.

Proses noyabrın 15-də davam etdiriləcək.

***

“Hazırda Akif Çovdarovun  vəziyyəti çox kritikdir. Prosesdə halı  hər 2 dəqiqədən bir pisləşir. Oksigenə qoşulu vəziyyətdədir.  Səhhətindəki problemlər çarəsiz həddə çatıb. Lakin buna baxmayaraq, onu məcburi qaydada məhkəməyə gətiriblər. Həkimlər gəlir, müayinə edir və gedir”.

Bu barədə isə  Gununsesi.info-ya A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

Onun sözlərinə görə, A. Çovdarov ölüm ayağında olsa da, məhkəmə prosesin onsuz keçirilməsinə icazə verməyib.

“Deyirlər ki, Akif Çovdarov ölsə də, bu proses zamanı ölməlidir.  Meyiti buradan çıxmalıdır. Huşu başında deyil. Xərəkdə uzanıqlıdır. Prosesdə deyilənləri eşidib-eşitmədiyi belə aydın deyil”– deyə, o , bildirib.

Etikxeber.az

 

 

Read Previous

“Kəpəz” Azərbaycan millisinə qalib gəldi

Read Next

“Eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım” – ŞAHİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir