“Deyirlər, yaşı keçir, evlənməlidir…” – MİLLƏT VƏKİLİ

Komitə sədri: Efirə çox zaman ailədən xəbəri olmayanları çıxarırlar

Ailələrin dağılması ciddi problemə çevrilib.

Etikxeber.az məlumat verir, bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

siyavush

Komitə sədri  bildirib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir:

“Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var… Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var:

“Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun “ailə nədir” anlayışı belə yoxdur… Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. Indi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə də bu cür ağrılı hallar yaşanır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qız qaçırma ilə adam oğurlğunu eyniləşdirmək olmaz – SİYAVUŞ NOVRUZOV

Read Next

Çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir