Dezinfeksiya məqsədilə paytaxt küçələri-YUYULACAQ

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

Etikxeber.az

Read Previous

Zaur Məmmədyarov Rusiyada müsabiqənin-QALİBİ OLDU – FOTO

Read Next

“İnsanlara yardımçı olmaq vətəndaşlıq və vicdan borcumuzdur”-NAQİF HƏMZƏYEV – MM-İN DAHA BİR KOMİTƏSİ “KMDF”-YƏ VƏSAİT KÖCÜRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir