Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev noyabrın 18-də saat 11:00-da Saatlı şəhərindəki Gənclər Mərkəzində (Heydər Əliyev meydanı) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK-nın Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Saatlı, Şirvan, Sabirabad, İmişli, Beyləqan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 17-si saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: ((021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Etikxeber.az