Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.
Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
***
Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousuna start verilib.
Azərbaycanı “Sceletons” mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.
***
Azərbaycan təmsilçisi Diana Hacıyeva “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində 12-ci sırada çıxış edib.
D.Hacıyeva “Skeletons” mahnısı ilə pərəstişkarlarını sevindirib. Azərbaycan təmsilçisinin çıxışı zalda coşqu ilə qarşılanıb.
Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir.
Etikxeber.az