Dilənçilər narkotik vasitə satılar?-DİN-DƏN AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, yayılan xəbərlərlə bağlı məlumatlıdırlar. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb.

Belə ki, Kamran adlı bir şəxs yazdığı mesajda küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb.

Araşdırma zamanı həmin salfetin içində narkotik vasitə olduğu məlum olub.

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-7779 nəfər – DAHA 28 ÖLÜM…

Read Next

Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur-ONLARIN ƏRAZİSİNDƏ BƏLƏDİYYƏLƏR FƏALİYYƏT GÖSTƏRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir