Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bir az əvvəl Respublika Klinik Xəstəxanasında Dilqəm Əsgərovun atası Qardaşxan əmini ziyarət etdik, səhhəti, müalicəsinin gedişi ilə maraqlandıq. Xəstəxana rəsmiləri, kardiologiya şöbəsinin müdiri, İmrah həkimlə birlikdə Qardaşxan əmi ilə xeyli söhbət etdik. Maşallah çox bilgili bir insandır. Oxumadığını desə də, dayanmadan aşıq ədəbiyyatından söylədiyi şeirlər, əhvalatlar, dastanlardan parçalar ilə onu ziyarət edənlər heyran qoyur. Çox şükr müalicəsi də özünün müsbət təsirini göstərir və Qardaşxan əmi xəstəxanaya yerləşdirildiyi gündən səhhətində müsbətə doğru xeyli irəliləyiş var”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
O, qeyd edib ki, kardioloqun və nevropotoloqun ciddi nəzarətində olan Qardaşxan Əsgərovun səhhətinin daha da yaxşılaşacağını deyir müalicə həkimləri.
“Xroniki ürək xəstəliyindən əziyyət çəkən Qardaşxan əminin ürəyinin əsas ağrıları da, ona ən yaxşı dərman da işğalçı Ermənistanın girov saxladığı və işgəncə, əziyyətlər verərək Azərbaycan əleyhinə danışdırmaq istədiyi , sındırmaq istədiyi Dilqəm Əsgərovdur.
Amma Dilqəm Əsgərov düşmənin bütün işgəncələrinə baxmayaraq, mərdliklə dözür və ölkəmiz əleyhinə düşmən yalanlarını rədd edir. Allah ona kömək olsun və qısa zaman dövlətimiz onu girovluqdan xilas edə bilsin, Qardaşxan əminin acıları da azalsın.
Dualarınızı əksik etməyin həm Qardaşxan əmi, həm də əziz oğlu Dilqəm Əsgərov üçün”-deyə, Q. Paşayeva sonra qeyd edib.
Etikxeber.az