Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) rəhbəri ilə görüşüb müzakirələr aparmışam. Onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər”.
Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
Ombudsman bildirib ki, bu məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə yazılı cavab verilib:
“Cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməz. Gərək iki dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin. Biz bu məsələni daim qaldırırıq. Beynəlxalq Qızıl Xaç Komitəsi onlarla görüşür, onların məktublarını ailələrinə çatdırır. Dövlət, elə biz də çalışırıq ki, bu məsələ özünün ədalətli həllini tapsın”.
Etikxeber.az