DİM- 19 mindən artıq istifadəçi ödənişsiz elektron sınaq imtahanında iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

DİM-in mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, saat 14:00-a olan məlumata əsasən bu imtahanlarda iştirak etmək üçün respublikanın bütün şəhər və rayonları üzrə 33 922 nəfər qeydiyyatdan keçib, 19 000-dən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak edib.

Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək. İmtahanlarda eyni test tapşırıqlarından istifadə olunur. Ona görə də iştirakçılara özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmaq tövsiyə olunur. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər DİM-in imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək. Bu gündən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır. Ödəniş etmək qaydaları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Etikxeber.az

Read Previous

“Səlimlə İsmayıl, Teymur və Bəyazid…” – AYDIN ABBASOV

Read Next

Goxmərtəbəli yaşayış binasında yanğın baş verdi – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir