Səbail rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər barəsində protokol tərtib edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.
Etikxeber.az