DİN-dən işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyənlərə növbəti-XƏBƏRDARLIQ…

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Bu barədə Etikxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb.

“Qeyd edək ki, cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib.

Odur ki, vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq” – deyə, DİN-dən bildirilib.

Etikxeber.az

Read Previous

Yaz sessiyasının 3-cü iclası fevralın 23-də olacaq: 22 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, BU DƏFƏ NİZAMİ SƏFƏROV MM-İ MƏHKƏMƏ-HÜQUQ ŞURASINDA TƏMSİL EDƏCƏK…

Read Next

“Kor­rup­si­ya şə­bə­kə­lə­ri­nin, kor­rup­si­­ya sxem­lə­ri­nin aş­kar edi­lə­rək təq­sir­li şəxs­lə­rin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək…”-BAŞ PROKUROR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir