DİN-dən Şuşada ölümlə nəticələnən yol qəzası ilə bağlı-AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-dən Etikxeber.az-a verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

20 küçə və prospektində sıxlıq var-BAKIDA…

Read Next

İlham Əliyev BƏƏ liderini-TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir