DİN Goranboy Polis Şöbəsindəki ölüm hadisəsinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Əliyev Umaxanovu “Dostluq” ordeni ilə təltif etdi

Read Next

“Səlimlə İsmayıl, Teymur və Bəyazid…” – AYDIN ABBASOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir