DİN vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə-ÇAĞIRDI

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

DİN-dən Etikxeber.az-a bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildiririk ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır:

“Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”.

Etikxeber.az

Read Previous

“Yeni tikilən evlərə elektirk, qaz çəkilişi zamanı çətinliklər meydana çıxır, o üzdən də onların bir çoxuna köçə bilmirlər…”-SAHİB ALIYEV

Read Next

YAP-ın Nəsimi təşkilatı “Münxendə Tarix və Hüquq Dərsi” adlı-KİTAB HAZIRLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir