DİN və Bas Prokurorluq Əli Kərimli ilə bağlı birgə məlumat yaydı

İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Etikxeber.az-a daxil olan birgə məlumatında bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısının bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq Ə.Kərimliyə rəsmi xəbərdarlıq edildikdən sonra o, sərbəst buraxılıb.

Etikxeber.az

Read Previous

Elvin İbrahimov Azərbaycana, Zaven Karapetyan isə Ermənistana təhvil verildi

Read Next

Deputat AŞPA-nı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir