DİN VƏ TƏBİB Goranboydakı qəza ilə bağlı-MƏLUMAT YAYDILAR – YENİLƏNİB – (1)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hhadisə rayonun Qaramusalı kəndində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 24 nəfər xəsarət alıb.

***

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Goranboyda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimai qurumlarla əlaqə şöbəsindən mətbuata bildirilib ki, qeyd olunan qəzada ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.

DYP-dən o da bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir nəfərin əlindən yüngül yanıq xəsarəti var.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.

TƏBİB- dən verilən xəbərə görə, vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.

21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, MAXE-ŞƏHİD SAHİL RƏSULOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ, 23 YAŞININ TAMAM OLMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir