“Dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, birgə səylər göstərməyə çağırır” – Yepiskop Dmitri

“Biz Azərbaycan prezidenti İlham Əliyevə ölkəmizə xeyirxah dəstəyinə görə təşəkkür edirik”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Gürcüstan pravoslav kilsəsinin nümayəndəsi, yepiskop Dmitri “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” adlı tədbirdə patriarx İlyanın müraciətini oxuyarkən deyib. O, bildirib ki, qarşılıqlı hörmət iki ölkə xalqları arasında münasibətlərin əsasını təşkil edir:

“Hər iki ölkədə qədim və yeni tikilmiş müxtəlif dinlərə aid abidələrin mövcudluğu bu hörmətin göstəricisidir. Bu baxımdan Qax rayonunda gürcü kilsəsinin və Gürcüstanda Azərbaycanla bağlı məscid və onlarla dini təşkilatın bərpası, fəaliyyəti qeyd edilməlidir. Gürcüstan və Azərbaycan multikultural, multietnik ölkələrdir. Dünyanın müxtəlif region və ölkələrində dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, qarşılıqlı anlaşma atmosferi qurmaq baxımından birgə səylər göstərməyə çağırır”.

Etikxeber.az

Read Previous

“Ermənistan yüz minlərlə insanı milli, dini zəmində zorakılığa məruz qoyub” – Dini Komitənin sədri

Read Next

Bəxtiyar Əliyev etiraz etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir