Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi:
“Qarabağ Azərbaycandır və nida”!
Xatırladaq ki, Nikol Paşinyan o sözləri Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
“Verdi və Ermənistan baş nazirinin sözlərinin doğuradan da, sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı.
Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu o olsun gərək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az