Diplomundan imtina etdi-LÜKSEMBURQUN BAŞ NAZİRİ…

Lüksemburqun Baş naziri Ksavye Bettel diplom işində plagiat iddiasına görə 1999-cu ildə Fransanın Nansi Universitetinin verdiyi bakalavr diplomundan imtina edib.

Etikxeber.az-ın məlumatına görə, Baş nazir bildirib ki, akademik etibarlılığı qorumaq üçün diplomdan imtina edib və universitetdən üzr istəyib.

Öz növbəsində Universitet məzunun diplom işini yenidən nəzərdən keçirərək müvafiq istinadları yerləşdirməsini tələb edib.

Əks halda, diplom ləğv ediləcək.

Qeyd edək ki, ötən oktyabrda reporter.lu saytı Bettelin bakalavr diplomunun dörddə üçünün istinad verilmədən başqa mənbələrdən götürüldüyünü yazmışdı.

Etikxeber.az

Read Previous

“Gənclər, mən sizə inanıram, güvənirəm”-PREZİDENTDƏN PAYLAŞIM

Read Next

Hava buludlu və dumanlı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir