“Diqlas”la bağlı Komissiyanın yaradılması haqqında sərəncam imzalandı

Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratsın.

1.2. görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstəriləcək – “DİQLAS” MÜŞAVİRƏSİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Diqlas”da baş vermiş yanğınla əlaqədar istintaq-əməliyyat qrupu yaradıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir