Diqqətlər və gözlər-YAP-IN NAMİZƏDLƏR SİYAHISINDA – MASAYA YATIRILIR – SİYAHIDA KİMLƏR VAR?

Azərbaycan ictimaiyyəti, siyasi çevrələr, media tərəfindən son günlər çox maraqla və həyəcanla gözlənilən siyahı artıq masaya yatırılır.

Etikxeber.az-ın xəbərinə görə, söhbət hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar (6-cı çağırış) parlament seçkilərində iştirakı nəzərdə tutulan rəsmi namizədlər siyahısından gedir.

Siyahının açıqlanması heç 48 saat da çəkməyə bilər.

 YAP-ın namizədlər siyahısı sabah axşamüstü, ya da ən geci ayın 25-i günorta radələrində açıqlana bilər.

Namizədlər siyahısı son dəfə 20 nəfərdən ibarət İdarə Heyətinin müzakirəsindən  və təsdiqindən sonra YAP-ın rəsmi saytı vasitəsi ilə ictimaiyyətə və mediaya açıqlanacaq.

YAP-dakı mənbələr hər iki tarixi istisna etmir.

“Siyahı sabah axşamüstü də açıqlana bilər. Amma çox yəqin ki, 25-i açıqlanacaq. Çünki zaman getdikcə daralır…”-deyə, YAP-dakı mənbələrdən biri qeyd edib.

Onu da qeyd edək ki, YAP-ın namizədlər siyahısında Vasif Talıbovun, Siyavuş Novruzovun, İsa Həbibbəylinin, Səməd Seyidovun, Əli Hüseynlinin, Aydın Hüseynovun, Ziyafət Əsgərovun, Sevinc Fətəliyevanın və digərlərinin adları var.

Etikxeber.az

Read Previous

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi fəaliyyətə başladı – FOTOLAR

Read Next

İlham Əliyev-58!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir