Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan ictimaiyyəti, siyasi çevrələr, media tərəfindən son günlər çox maraqla və həyəcanla gözlənilən siyahı artıq masaya yatırılır.
Etikxeber.az-ın xəbərinə görə, söhbət hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar (6-cı çağırış) parlament seçkilərində iştirakı nəzərdə tutulan rəsmi namizədlər siyahısından gedir.
Siyahının açıqlanması heç 48 saat da çəkməyə bilər.
YAP-ın namizədlər siyahısı sabah axşamüstü, ya da ən geci ayın 25-i günorta radələrində açıqlana bilər.
Namizədlər siyahısı son dəfə 20 nəfərdən ibarət İdarə Heyətinin müzakirəsindən və təsdiqindən sonra YAP-ın rəsmi saytı vasitəsi ilə ictimaiyyətə və mediaya açıqlanacaq.
YAP-dakı mənbələr hər iki tarixi istisna etmir.
“Siyahı sabah axşamüstü də açıqlana bilər. Amma çox yəqin ki, 25-i açıqlanacaq. Çünki zaman getdikcə daralır…”-deyə, YAP-dakı mənbələrdən biri qeyd edib.
Onu da qeyd edək ki, YAP-ın namizədlər siyahısında Vasif Talıbovun, Siyavuş Novruzovun, İsa Həbibbəylinin, Səməd Seyidovun, Əli Hüseynlinin, Aydın Hüseynovun, Ziyafət Əsgərovun, Sevinc Fətəliyevanın və digərlərinin adları var.
Etikxeber.az