Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İngiltərə yığmasının keçmiş futbolçusu, 31 yaşlı Mayka Riçards karyerasını başa çatdırdığını elan edib.
Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, Riçardsın bu qərara gəlməsi onun dizində yaranmış problemlərlə bağlıdır.
İdmançı zədələndiyinə görə son dörd mövsümdə cəmi 31 oyunda iştirak edib.
Riçards özü isə bunları deyib: “Mən öz karyeramı bitirirəm və əldə etdiyim nailiyyətlərə görə razıyam. İngiltərə çempionatında və İngiltərə Kubokunda qalib gəlmişəm, ölkənin yığmasında çıxış etmişəm, Olimpiadada Böyük Britaniyanı təmsil etmişəm. Məşqçi olub-olmayacağımı hələ bilmirəm. Bu barədə qərarı sonra qəbul edəcəyəm”.
Qeyd edək ki, Riçards “Mançester Siti”nin heyətində 246 matç keçirib, bu oyunlarda 9 qol vurub və 14 uğurlu ötürmə edib.
Futbolçu İngiltərənin “Aston Villa” və İtaliyanın “Fiorentina” komandalarında da çıxış edib.
Etikxeber.az





