Dmitri Savelyev: “Azərbaycan Qarabağın işğalı ilə heç vaxt barışmayacaq”

Rusiya parlamentinin deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev dekabrın 8-də Rusiya Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində keçirilən “dəyirmi masa”da bildirib ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş SSRİ dönəmindən qalan ağrılı bəladır.

Etikxeber.az-ın məlumatına görə, “Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq” mövzusunda “dəyirmi masa”da çıxış edən D.Savelyev vurğulayıb ki, bu münaqişə heç kimə, heç Ermənistan xalqına da xeyir gətirmir.

O, deyib: “Ermənistanın təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edilib. Azərbaycan Dağlıq Qarabağın işğalı ilə heç zaman barışmayacaq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu problemin həllində öz vasitəçilik səylərini gücləndirməlidir”.

Rusiya cəmiyyətində Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatın dolğun olmadığını bildirən D.Savelyev deyib: “Təsəvvür edin ki, sizin ikiotaqlı mənziliniz var və qonşunuz bu mənzilin bir otağını sizin əlinizdən alıb. Bu halda siz nə etməlisiniz? Bu halda Azərbaycan xalqı nə etməlidir?”

Dostluq qrupunun rəhbəri Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək vurğulayıb ki, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması məsələsi müzakirə olunub. Qurumun ilk iclasının Bakıda keçirilməsi nəzərdə tutulub.

Etikxeber.az

 

 

Read Previous

“Qarabağ” klubu Avropa Liqası yarışlarında iştirakını dayandırdı – YENİLƏNİB

Read Next

Sumqayıt teatrında “Oğru”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir