Dodon bir daha uğradığı qəzadan danışdı: MÜƏMMALIDIR…

Moldova prezidenti İqor Dodon bazar günü düşdüyü yol qəzasını müəmmalı hadisə adlandırıb.

Etikxeber.az-ın xəbərinə görə, Moldovanın “Komsomolskoy pravdı” nəşrinə geniş müsahibə verən İ.Dodon yol qəzasının sui-qəsd olması barədə fikirləri şərh edərkən deyib:

iqor-dodon

“Mən indidən hər hansı konkret rəy bildirmək istəmirəm. Bu işlə məşğul olan məsul hüquq-mühafizə orqanları var, onlar araşdırma aparırlar. Biz qayda üzrə hərəkət edirdik, yol hərəkətində heç bir qayda pozuntusu yox idi. Yük maşını polis avtomobilini buraxdıqdan sonra içərisində olduğum avtomobilə tərəf istiqamət aldı”.

İ.Dodon yol qəzasına düşən ailə üzvlərinin də vəziyyətinin normal olduğunu qeyd edib.

Etikxeber.az

Read Previous

“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirildi – FOTOLAR

Read Next

Rusiyada vahid seçki başa çatdı- SOBYANİN YENİDƏN MER OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir