Doğum günün mübarək olsun, Şəhidimin Anası-Mehparə Qardaşım! – KAMİL HƏMZƏOĞLU YAZDI


İlk dəfə, İkinci Vətən Müharibəsindən cəmi aylar sonra Onunla telefonla danışanda “Xanım” deyə müraciət etmişdim…

Və telefon danışığımızdan cəmi bir neçə gün sonra dəvətilə Bərdəyə, Güloğlulara, tək qızının yaşadığı evə (həm də qardaşının…özünün heç zaman ocağı, isti yuvası olmamışdı…), Onu, Şəhidimizi ziyarətə gedəndə də eynilə “Xanım” deyə müraciət etmişdim…

Ancaq sonra-ikinci və üçüncü kərə Onu-Onları, Şəhidimizi ziyarətə gedəndə “Bacım” deyə müraciət etməyə başladım…

Və sonra “Ablam”, bir ildən isə çoxdur ki, həm də “Dostum, Qardaşım” deyə müraciət edirəm…

Çünki mənə Ablam qədər doğma, Dostum, Qardaşım qədər əziz və yaxındır…

Bəlkə də kişilər arasında dost, qardaş dediyim bəzilərindən daha əziz və daha yaxındır mənə…

Hər sözümü Ona ürəklə, ərklə deyirəm…

Eynilə də O mənə…

Çünki başqa cür də ola bilməz…

Səmimiyyət, dürüstlük… olan yerdə belə olur və olmalıdır!

***

O, Şəhid Anasıdır…

O, Şəhidimin Anasıdır…

O, Qəhrəman Anadır…

O, Qəhrəman Oğulun Qəhrəman Anasıdır…

O, Azərbaycanın Fəxri olan Şəhid Fəxri Qəribzadənin Anası Mehparə Ablam, Mehparə Qardaşım, Mehparə Qəribovadır!

***

Və cəmi dəqiqələr sonra-7 mart tarixində Onun doğum günüdür…

Vallah, heç dəqiq də bilmirəm neçə yaşı tamam olur, neçə yaşına qədəm qoyur…

Çünki Şəhid anasının hər doğum günü əlamətdar, özəl və yubileydir…

Növbəti yaşı, doğum günü mübarək olsun!

Tək qızı Türkanəsi və dörd nəvəsi-balaca Fəxrisi (əslində Fəxriləri) ilə sağlıqlı və huzurlu 100 il ömür yaşasın!

Yaşasın ki, yaşatsın, yaşasın ki, Şəhidinin, kirayələrdə, təkbaşına böyütdüyü və Vətən yolunda fəda etdiyi balasının ruhunu, xatirəsini yaşada bilsin!

Allah qorusun!

Doğum günü bir daha mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

“Müttəfiqlik, qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir”-İLHAM ƏLİYEV – YENİLƏNİB – FOTOLAR

Read Next

Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd, Xankəndi şəhərində, Elçin Yusubov Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi-TƏYİN EDİLDİLƏR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir