Doğum günün mübarək olsun, Şəhidimin Anası-Sənubər Ana! – KAMİL HƏMZƏOĞLU YAZDI

Şəhidimin ANAsı…

Şəhid Anası…Qəhrəman Ana…

Qəhrəman Goranboyumun, 32 il düşmənə sipər olan Qəhrəman Tap-Qaraqoyunlumun İkinci Vətən Müharibəsi Şəhidi Hidi balamızın, Hidi Vəliyevin Anası…

Həm də müharibə-Birinci Qarabağ Savaşı veteranının ömür-gün yoldaşı, Aprel döyüşlərinin iştirakçısı, keçmiş hərbçi Nərgiz qızımızın Anası…

Sənubər Ana…Sənubər Bacım…

Növbəti doğum günündür…

Bəlkə də deyərsən ki, Kamil, nə doğum günü…

Mən hara, doğum günü hara…Balamddan sonra nə ad günü…

Amma heç zaman razı olmamışam və olmaram da…

Ad günü, doğum günü məhz Şəhid Anasının Haqqıdır…

Doğum günündə xatırlanmaq, təbriklər, xoş sözlər eşitmək məhz Sizlərin-Qəhrəman Şəhid Analarının Haqqıdır…

Ona görə Haqqın olan doğum gününü təbrik edirəm, sağlıqlı, huzurlu 100 il ömür arzulayıram…

Yaşa ki, Balanın da, Şəhidinin də ruhunu, xatirəsini yaşadasan…Həm də Şəhidinə borclusan buna görə…

Həmişə demişəm, bu gün də deyirəm-hər kəsdən inciyə, küsə, qırıla bilərəm…Amma Səndən (Sən dediyim üçün üzrlər) KÜSƏ, İNCİYƏ bilmərəm!

Mümkün deyil!

Mənim Anamsan, Bacımsan, Canımsan, Ürəyimsən…

Gözəl qəlbindən, Dərdli ürəyindən, Qabarlı əllərindən öpürəm!

Bir daha təbriklər!

Hörmətlə,

Kamil HƏMZƏOĞLU

Etikxeber.az saytının baş redaktoru və təsisçisi

Read Previous

“O cür rəzillikləri edə bilməzdik, çünki biz azərbaycanlıyıq…”-MİLLƏT VƏKİLİ

Read Next

Vətəndaşların Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirilir-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir